Diqqət Olmoyla Keynə - UEFA AVRO-2024-ün “Qızıl buts”unu 6 oyunçu arasında bölüşdürəcək?

UEFA Almaniyada keçirilən AVRO-2024-ün bombardiri ilə bağlı meyarları dəyişib.

Presssport.az xəbər verir ki, bu nominasiyada mükafat - “Qızıl buts” vurulan qolların sayına görə öndə olan bütün futbolçulara veriləcək.

Əvvəlsə qolların sayında bərabərlik olanda, bombardir əlavə göstəricilərə əsasən müəyyənləşirdi. Belə ki, əvvəlki illərdə assistlər və oynanılan dəqiqələrin sayı nəzərə alınırdı. Bu dəfə isə UEFA bu qaydanın ləğvini elan edib.

Hazırda mükafata hərəyə 3 qol vuran 6 futbolçu iddia edir: Dani Olmo (İspaniya), Harri Keyn (İngiltərə), Jorj Mikautadze (Gürcüstan), Kodi Qakpo (Niderland), Camal Musiala (Almaniya), İvan Şrants (Slovakiya). Yəni, yekun da bu say dəyişməzsə, UEFA AVRO-2024-ün “Qızıl buts”unu 6 oyunçu arasında bölüşdürəcək. Olmo və ya Keyn finalda qol vurmasa, tarixi hadisə yaşanacaq. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC