AVRO-2024: İspaniya millisi rekorda, İngiltərə ilk çempionluğa doğru

Almaniyada təşkil olunan AVRO-2024-ün finalında bu gün İspaniya və İngiltərə milliləri görüşəcək.

Presssport.az xəbər verir ki, bu, adıçəkilən yığmaların Avropa və dünya çempionatlarının final mərhələlərində 3-cü dueli olacaq.

İlk dəfə 1980-ci ildə Avropa çempionatının final mərhələsində eyni qrupa düşən millilərin görüşündə ingilsilər 2:1 hesablı qələbə qazanıb. Rəqiblərin növbəti qarşılaşması 1996-cı ildə İngiltərədə keçirilən Avropa çempionatının 1/4 finalına təsadüf edib. Görüşün əsas və əlavə vaxtı 0:0 hesabı ilə bitdiyindən qalibin müəyyənləşməsi üçün penaltilər seriyasına ehtiyac yaranıb. Burda isə britaniyalılar zərbələri daha dəqiq yerinə yetirib - 4:2.

Budəfəki finalın iştirakçıları ümumilikdə 27 dəfə üz-üzə gəlib. Əksəriyyəti yoldaşlıq xarakteri daşıyan bu görüşlərin 10-u İspaniya, 13-ü isə İngiltərənin qələbəsi ilə yekunlaşıb. Qalan 4 oyun heç-heçə nəticələnib. Komandalar sonuncu dəfə 2018-ci ildə UEFA Millətlər Liqasında görüşüb. Bu matçda İngiltərə 3:2 hesablı qələbə qazanıb. Vurulan qolların sayında da ingilislərin üstünlüyü nəzərə çarpır - 45:32.

İndiyədək 3 dəfə (1964, 2008, 2012) Avropa çempionluğunun sevincini yaşayan İspaniya millisi 4-cü titulu əldə etmək niyyətindədi. Bu baş verərsə, ispanlar həm də ən çox Avropa çempionluğunu qazanmaqda yeni rekordçu olacaq. Belə ki, hazırda həm İspaniya, həm də Almaniya millilərinin hərəyə 3 belə titulu var.

İngiltərə millisi isə ilk Avropa çempionluğunu əldə etməyə çalışacaq. Ardıcıl 2-ci dəfə Avropa çempionatının həlledici matçında mübarizə aparacaq Qaret Sautqeytin komandası sonuncu dəfə öz Vətənlərində - Londonda keçirilən AVRO-2020-nin finalında çıxış edib və İtaliya millisinə penaltilər seriyasında məğlub olub.

Onu da bildirək ki, ispanlar bu turnirdə ingilsilərdən fərqli bütü 6 matçda qələbə qazanıb. 

Berlindəki Olimpiya stadionunda keçiriləcək İspaniya - İngiltərə matçı Bakı vaxtı ilə saat 23.00-da başlayacaq. Qarşılaşmanın baş hakimi franslaı Fransua Leteksye olacaq.
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC