"Sabah" Macarıstandakı matçına getmək istəyən azarkeşləri avtobus və biletlə təmin edəcək

“Sabah” Konfrans Liqasının II təsnifat mərhələsində İsrail təmsilçisi "Makkabi" (Hayfa) ilə keçirəcəkləri matçı canlı izləmək istəyən azarkeşlərə gediş və qayıdış üçün avtobuslar təşkil edəcək.

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, oyuna getmək istəyən azarkeşlər avtobusla yanaşı, biletlə də təmin olunacaq.

Avtobuslar iyulun 25-də, saat 15:00-da Azərbaycan Respublikasının Budapeşt şəhərində yerləşən səfirliyinin önündən yola düşəcək. Biletlər azarkeşlərə avtobusda təqdim ediləcək.

Matçda iştirak etmək istəyənlər aşağıdakı linkdə qeydiyyatdan keçə bilərlər:

https://9n63ghh3s62.typeform.com/maccabisabah

Yerlər məhdud olduğundan, ilk qeydiyyatdan keçənlərin müraciəti nəzərə alınacaq.

Xatırladaq ki, "Makkabi" - "Sabah" matçı iyulun 25-də, Macarıstanın Kişvarda şəhərində yerləşən "Varkert" stadionunda yerli vaxtla saat 19:00-da keçiriləcək.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC