Məqsədim bir çox matçlarda daha yaxşı çıxış etməyə çalışaraq ruandalıları qürurlandırmaqdı" - "Zirə"nin son transferi

Avropa Liqasında təmsilçimiz "Zirə"nin son transferi olan Ange Mutsinzi keçidi ilə bağlı fikirlərini bölüşüb.

Presssport.az xəbər verir ki, ruandalı müdafiəçi yeni komandasındakı hədəflərindən söz açıb: 

"Bu kluba qoşulduğum üçün çox xoşbəxt idim. Bu, yeni səyahət, yeni çağırış və yeni hədəflərdi. Özümü sübut etmək üçün fürsət gözləyirəm. Yenidən zirvəyə qalxmaq üçün mentalitetimi dəyişdim və özümə inandım. Futbol hər yerdə eynidir və bu düşüncə tərzi mənə kömək etdi.

Angenin sözlərinə görə, Avropa Liqasında iştirak karyersı üçün böyük üstünlükdü: "Bilirəm ki, belə vacib turnirdə çətin olacaq, amma yeni çağırışa hazıram. Burda oynamaq mənim üçün xeyirdir və yeni komandada rəqabət qabiliyyətimi artırmaq üçün çox çalışacam. Bu səviyyəyə çatdığım üçün çox xoşbəxtəm və qürur duyuram. Komanda yoldaşlarımın mənə uyğunlaşmaqda kömək edəcəklərinə və birlikdə işləməkdən zövq alacaqlarına ümid edə bilərlər. Gündən-günə təkmilləşməyə davam edəcəyəm. Məqsədim bir çox matçlarda daha yaxşı çıxış etməyə çalışaraq ruandalıları qürurlandırmaqdı. Bilirəm ki, bu, asan deyil, amma mümkündür".

Xatırladaq ki, Mutsinzi 2qartallar"da rəsmi debütünü Avropa Liqasının I təsnifat mərhələsində “Şerif”lə Moldovadakı görüşün 2-ci hissəsində edib.  

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC