"Kəpəz" Tovuzu Qəbələdən üstün tutur: "Ora matç günü, elə bil Bakıdan Sumqayıta oyuna gedirik"

“Açığı, ev oyunlarının məkanıyla bağlı hələ dəqiq bir şey yoxdu. Fikirləşirdik ki, yeni mövsümdə Tovuzda və ya Qəbələdə oynayaq. ”Turan Tovuz"la Qəbələdəki yoxlama matçında da stadionun son vəziyyətinə baxdıq. Meydança təmirə bağlanıb. Maraqlandım, soruşdum və mənə dedilər ki, yeni səpilən otun özünü tutması üçün ən azından 45 gün vaxt lazımdı. Yəqin, I Divizionda yeni mövsümün başlamasını gözləyirlər ki, özləri orda oynasınlar".

Bu sözləri Presssport.az-a açıqlamasında “Kəpəz”in baş məşqçisi Adil Şükürov deyib.

Onun sözlərinə görə, Qəbələdəki əsas stadionun meydançası tam yenilənib istifadəyə veriləndən sonra klubla danışacaqlar: “Razılaşma olsa, orda oynamaq istərdik. Lakin əslində, ilk danışdığımız Tovuz şəhər stadionudu. “Turan Tovuz”dan bizə bir şey demədilər ki, meydançanı təmirə bağlayırıq. Dedilər ki, stadionda heç bir şey dəyişiklik yoxdu. Tam dəqiqliyilə yəqin, bu yaxın günlərdə bilinəcək. Faiz etibarilə daha çox ehtimal olunur ki, Tovuzda oynayaq, ən azından yeni mövsümə orda başlayaq. Çünki Tovuz həm Gəncəyə yaxındı, həm də maddi, hər bir cəhətdən bizə uyğundu. Qəbələyə isə oyundan ən azından 1 gün əvvəl getməlisən, oteldə qalmalısan ki, bu da bizə əlavə maddi yükdü. Onsuz da büdcəmizdə azalma var".

Təcrübəli mütəxəssis keçən mövsüm rəqiblərini qəbul etdikləri Tovuza oyun günü getdiklərini vurğulayıb: “Elə bil Bakıdan Sumqayıta oyuna gedirik. Elə bir uzun məsafə olmadığından futbolçularda yol yorğunluğu problemi olmur. Misal üçün Qəbələyə yoxlama matçına oyun günü getdik. Gördük ki, həqiqətən çətindi. Bu, hələ yoxlama oyunudu. Gəncəylə Qəbələyə məsafə uzaqdı. Ən azından 2-2,5 saatlıq yoldu”.

Xatırladaq ki, yenidən tikilən Gəncə şəhər stadionu 1 ildən sonra hazır olaraq istifadəyə veriləcək. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC