"Bundan daha xoşbəxt ola bilməzdim - əsl komandayıq, Avropa çempionlarıyıq" - İspaniya millisinin baş məşqçisi

"Bundan daha xoşbəxt ola bilməzdim - əsl komandayıq, Avropa çempionlarıyıq. Futbolçularımla fəxr edirəm. İspaniyanın müxtəlif yerlərindən dəstəyə görə təşəkkürümü bildirirəm”.

Presssport.az xəbər verir ki, bunu İspaniya millisinin baş məşqçisi Luis De La Fuente Almaniyada təşkil olunan AVRO-2024-ün finalında İngiltərə yığmasına 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra deyib.

O, komandasının dünyanın ən yaxşısı olduğunu söyləyib: "Fasilədə futbolçulara xüsusi nəsə demədim. Sadəcə, onların şüurunda kim olduğumuz fikrini gücləndirməyə çalışdım. Bu, güvən məsələsi idi. Futbolçularım dünyanın ən yaxşısıdı. Bunu əvvəllər demişəm və indi də bu fikrimdə qalıram. Və həmişə bundan da güclü ola bilərik”.

Xatırladaq ki, İspaniya millisi 4-cü dəfə Avropa çempionu olub.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC