“Zirə” - “Şerif” matçının mətbuat konfransı və media üçün açıq məşqlərin vaxtı dəqiqləşib

Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək “Zirə” - “Şerif” oyunundan əvvəl baş tutacaq mətbuat konfransı və media üçün açıq məşqlərin vaxtı dəqiqləşib.

Presssport.az xəbər verir ki, iyulun 17-si ilk olaraq saat 17:30-da Bakı klubunun baş məşqçisi Rəşad Sadıqovun "Dalğa Arena"da mətbuat konfransı baş tutacaq.

Bundan 1 saat sonra isə "Şerif"in ukraynalı baş məşqçisi Yuri Huran mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq.

"Zirə"nin media üçün açıq məşqi saat 18:45-də "Qarabağ Arena"da, "Şerif"in məşqi isə 19:00-da "Dalğa Arena"da gerçəkləşəcək.

Hər iki komandanın məşq prosesinin ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq olacaq.

Qeyd: "Dalğa Arena"ya jurnalistlərin aparılması üçün avtobus ayrılacaq. Avtobus saat 16:15-də metronun “Koroğlu” stansiyasından yola düşəcək.
(Əlaqələndirici şəxs: Rüstəm Nəcəfov – 0709973012)

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC