Avarçəkənimiz dünya çempionatında iştirak edəcək

Azərbaycanın avarçəkmə üzrə millisinin üzvü Paşa Əsgərov Bolqarıstanın Plovdiv şəhərində yeniyetmə və gənclər arasında keçiriləcək dünya çempionatında iştirak edəcək.

Presssport.az Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 17-dən 21-ə qədər davam edəcək yarışda idmançılar kanoe, kayak, akademik avarçəkmə üzrə 200, 500 və 1000 metr məsafə üzrə güclərini sınayacaqlar.

Onu da bildirək ki, beynəlxalq turnirdə 64 ölkədən 1000-ə yaxın idmançı iştirak edəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC