"Zirə"nin rəqibinin Bakıya səfər proqramı bəllidi - azarkeş və jurnalist gətirəcəklər?

“Zirə”nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi “Şerif”in Bakıya səfər proqramı bəllidi.

Bakı klubunun mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadənin Presssport.az-a verdiyi məlumata görə, rəqib komanda cavab görüşündən 1 gün əvəvl - iyulun 17-də paytaxtımıza gələcək. 

Tiraspol təmsilçisi “Hilton” otelində məskunlaşacaq. Abdullazadə moldovalıların ölkəmizə nə jurnalist, nə də azarkeş gətirəcəyini də vurğulayıb.

Xatırladaq ki, “Zirə”nin ilk matçda səfərdə 1:0 hesabıyla məğlub etdiyi “Şerif”lə

cavab matçı iyulun 18-də saat 20:00-da "Dalğa Arena"da baş tutacaq. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC