"Sabah"ın rəqibi milli komandanı məğlub etdi

Konfrans Liqasının II təsnifat mərhələsində “Sabah”ın rəqibi olan İsrailin “Makkabi” yoxlama matçı keçirib.

Presssport.az xəbər verir ki, Barak Baxarın komandası Paris Yay Olimpiya Oyunlarında çıxış edəcək İsrail yığmasıyla qarşılaşıb. 

Görüş Hayda təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bundan əvvəl İspaniyadakı təlim-məşq toplanışı zamanı israillilər Andorranın iki təmsilçisini: “Atletik” və “İnter”i eyni hesabla (3:1) məğlub etmişdilər.

Xatırladaq ki, “Sabah” “Makkabi”yə qarşı ilk oyununu iyulun 25-də Macarıstanda, cavab görüşünü isə bir həftə sonra Bakıda keçirəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC