"Sumqayıt" bombardirini göndərdi - RƏSMİ

"Sumqayıt" keçən mövsüm bombardiri olmuş hücumçusu Kasimir Ninqa ilə yolları ayırıb. Presssport.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib. Qeyd olunub ki, Ninqayla klub arasında imzalanmış müqavilənin müddəti başa çatıb: “Çadlı futbolçuya klubumuza göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq”.

Onu da bildirək ki, Kasimir ötən mövsüm Azərbaycan Premyer Liqasında 28 oyunda 7 qol, kubokda isə 3 matçda 1 qol vurub.

Xatırladaq ki, bu yay Erik Sorqa, Orxan Sadıqlı, Abu Dosso, Oktavio Manteka, Masaki Murata və Kamran Əliyev də "Sumqayıt"ı tərk edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC