Elxan Səmədovla Aslan Şahgəldiyevin son durumu açıqlanıb

Ötən ilin dekabrın 16-da ağır qəzaya uğrayan Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov və vitse-prezident Aslan Şahgəldiyevin son durumu açıqlanıb.

Presssport.az xəbər verir ki, bu barədə Azərbaycan Premyer Liqasının 2024/25 mövsümünün püşkatma mərasimində Peşəkar Futbol Liqasının prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov məlumat verib.

O, Səmədovub artıq ayağa qalxdığını açıqlayıb: “Hazırda həm Elxan müəllimin, həm də Aslan müəllimin müalicəsi davam edir. Hər ikisində müsbət irəliləyişlər var. Səmədovun durumu ilə bağlı tibbi dinamik irəliləyiş hiss olunmaqdadır. Artıq ayağa qalxıb, addımlar atmağa başlayıb. Allahın köməkliyi ilə ən qısa zamanda aramızda olacaq”.

Abbasov Şahgəldiyevin müəyyən fasilələrlə iş prosesinə cəlb olunduğunu vurğulayıb: “Aslan müəllimin durumunda da müsbət dinamika sezilir. Onun müalicəsi ev şəraitində davam edir. Müəyyən fasilələrlə iş prosesinə cəlb olunur, bəzən işə gəlir-gedir, mühitə yenidən adaptasiya olunur. İnanırıq ki, tezliklə tam gücü ilə işə bağlayacaq. Bizə qəzadan sonrakı müddətdə göstərdiyiniz mənəvi dəstəyə görə hər birinizə təşəkkürümüzü bildirik”. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC