Qadın yığmamız Avropa çempionatında pley-off mərhələsinə vəsiqə qazanıb

Azərbaycanın qadın futbolçulardan ibarət millisi Avropa çempionatının birinci pley-off mərhələsinə vəsiqə qazanıb.

Presssport.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, yer aldığı B Liqasının I qrupunda 4 xalla sonuncu - 4-cü yeri tutan millimiz final mərhələsində iştirak şansını davam etdirir.

Komanda B Liqasının qruplarında ən yaxşı 4-cü yerin sahibi kimi bu hüquqa yiyələnib.

İyulun 19-da I pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək. Azərbaycan milli komandasının rəqibi B Liqasında yoluna davam edən digər 11 iştirakçı arasında ən yüksək reytinqlilərdən biri olacaq: Portuqaliya, Şotlandiya, Uels, Serbiya, Ukrayna, Şimali İrlandiya.

Onu da bildirək ki, I pley-off mərhələsinin oyunları oktyabrın 23-də və 29-da keçiriləcək. 6 cütün qalibi II pley-off mərhələsinə vəsiqə qazanacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC