Basketbol yığmamız Avropa çempionatında son matçında da uduzdu

Azərbaycanın 20 yaşadək oğlan basketbolçulardan ibarət yığması Avropa çempionatının B divizionunda son matçına çıxıb.

Presssport.az xəbər verir ki, B qrupunda yer alan, ispaniyalı mütəxəssis Alberto Blankonun rəhbərlik etdiyi millimiz Niderland yığması ilə qarşılaşıb.

Rumıniyadakı "Pitesti Arena"da keçirilən görüş rəqibin 109:60 hesablı qələbəsi ilə bitib.

Xatırladaq ki, millimiz buna qədər keçirdiyi oyunlarda Portuqaliyaya 34:90, Böyük Britaniyaya 51:97, İrlandiyaya 58:61 hesabı ilə uduzub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC