"İlk oyunda qazandığımız nəticə bizi növbəti mərhələyə daşımır" - Ruan Renato

"Zirə"nin müdafiəçisi Ruan Renato Avropa Liqası I təsnifat mərhələsinin "Şerif"lə cavab matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.

Presssport.az xəbər verir ki, braziliyalı mərkəz müdafiəçisi əvvəlcə qarşıdakı matç haqda fikirlərini bölüşü.b

  • İlk oyundan daha gərgin matç olacaq. Çünki ilk matçdan sonra rəqibin də müəyyən hazırlıq prosesi olub. Daha hazırlıqlı, motivasiyalı gələcəklər. Doğma azarkeşlər önündə oynadığımızı nəzərə alsaq, ümidvaram ki, mərhələni keçərik. Onların dəstəyinə ehtiyacımıza var.

- Hesab xeyrinizə olsa da, sizi narahat edən nədir?

- Baş məşqçimizin də qeyd etdiyi kimi, rəqib daha motivasiyalı, daha hazırlıqlı gələcək. Müəyyən komponentlərdə yaxşı oynayırlar. Hər top uğrunda mübarizə aparan "Şerif" görə bilərik. İlk oyunda qazandığımız nəticə bizi növbəti mərhələyə daşımır. Hər birimiz sabah diqqətli olmalıyıq. Yaxşı müdafiə olunub, hücumda da şanslar axtarmalıyıq.

- İlk oyunda üzərinə çox iş düşdü. Səncə, indi rəqib daha çox üzərinə gələcək?

- Düzgün vurğuladız. Rəqib bu dəfə daha çox irəli atılmağa çalışacaq. Amma bizim də onlara qarşı oyun təcrübəmiz var. Rəqibi analiz etmişik. Oyunçuların meydanda nələr edə biləcəklərindən xəbərdarıq. Ən yaxşısını edəcəyik.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC