"Bütün həftə xüsusən ilk görüşün səhvləri üzərində işlədik" - "Şerif"in legioneri

"Şerif"in futbolçusu Peter Ademo Avropa Liqası I təsnifat mərhələsinin "Zirə" ilə cavab oyunundan öncə keçirilən mətbuat konfransında iştirak edib.

Presssport.az xəbər verir ki, nigeriyalı yarımmüdafiəçi “Dalğa Arena”nın konfrans zalında jurnalistlərin suallarını cavablandırıb. 

- İlk oyunda uduzmusunuz. İndi nəyə ümid edirsiz?

- Bir həftə ərzində məşq etdik. Xüsusilə də ilk oyundakı səhvlərin üzərində işləmişik. Əlimizdən gələni edəcəyik ki, növbəti mərhələyə çıxaq.

- İlk matçda  "Zirə" diqqətinizi nə ilə çəkdi?

- Kimisə vurğulamaq istəməzdim. Komanda şəklində bilirdik ki, çətin rəqib olacaq. Hazırlığımız da komanda üzərində qurulub, fərdlər üzərində deyil.

- Komanda yeni qurulub. Futbolçular bir-birinə uyğunlaşıb?

- Öyrəşmişik. Artıq bir aydır ki, birlikdəyik. Gündən-günə daha da artırırıq.

- Azərbaycan futbolu deyəndə, ağlınıza gələn nədir? Azərbaycan klublarından nə vaxtsa təklif almısız?

- Bakının bu qədər gözəl olacağını gözləmirdim. Azərbaycan klublarından isə təklif almamışam.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC