"Sabah" Sloveniyada məğlubedilməzdi - bu dəfə "Rux"a qalib gəldi

Sloveniyada təlim-məşq toplanışında olan "Sabah" növbəti yoxlama oyununu keçirib.

Presssport.az xəbər verir ki, Krunoslav Renduliçin komandası Ukraynanın "Rux" klubu ilə üz-üzə gəlib. 

Qarşılaşma "Sabah"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Masazır təmsilçisinin qollarını Kahim Parris və yeni transfer Neqoş Kapuseviç vurub.

Xatırladaq ki, Konfrans Liqasında təmsilçimiz olan "Sabah" Sloveniyada bundan əvvəl 3 hazırlıq matçı keçirib. Azərbaycan təmsilçisi yerli "Koper"ə 1:0 hesabı ilə qalib gəlib, Serbiyanın "Çukariçki" və Ukraynanın "Krivbas" klubu ilə isə heç-heçə edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC