"Səbail" Türkiyədən qələbəsiz qayıdır

Növbəti mövsümünə hazırlıqlarını davam etdirən “Səbail” Türkiyə toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununu keçirib.

Presssport.az xəbər verir ki, Şahin Diniyevin komandası Türkiyə 1-ci Liqası təmsilçisi “Ərzurumspor”la qarşılaşıb. 

Ərzurumdakı oyun 2:2 hesablı bərabərliklə yekunlaşıb.

“Dənizçilər”in heyətində Süleyman Alluş və yeni transferv Nihad Quliyev fərqlənib.

"Səbail" daha əvvəl də “Ərzurumspor”la qarşılaşıb və 2:3 hesabı ilə uduzub. Komanda 2-ci sınaq matçında "Hatayspor"la heç-heçə edib - 1:1.

Onu da bildirək ki, “Səbail” sabah axşam saatlarında Vətənə qayıdacaq. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC