Andrade başa çatan Avstriya toplanışını dəyərləndirdi, azarkeşlərə səsləindi: "Stadiona gəlin və hədəfimizə bir yerdə çataq"

“Çempionlar Liqasında (ÇL) uğura imza atmaq, Azərbaycanı və “Qarabağ”ın adını layiqincə təmsil etmək, azarkeşlərimizi sevindirmək istəyirik”.

Presssport.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Patrik Andrade klubun mətbuat xidmətinə açıqlamasında deyib.

31 yaşlı yarımmüdafiəçi başa çatan Avstriya toplanışı və hazırlıq çərçivəsində keçirilən son 2 yoxlama oyunu barədə fikirlərini bölüşüb: “Hazırlıq prosesinin həm Bakıda, həm Avstriyada gerçəkləşən mərhələsi planlaşdırdığımız şəkildə baş tutdu. Texniki heyət və futbolçular arasında anlaşma yüksək səviyyədə olduğundan toplanış da istədiyimi kimi keçdi. Hamımızın məqsədi eynidir. Çempionlar Liqasında uğura imza atmaq, Azərbaycanı və “Qarabağ”ın adını layiqincə təmsil etmək, azarkeşlərimizi sevindirmək istəyirik. Ümid edirəm ki, əməyimizin bəhrəsini avrokuboklarda görəcəyik. “Slaven” və “Əl-Şəbab” ilə matçlarda istədiklərimizin böyük hissəsini göstərə bildik. Öz oyunuma gəlincə, formamı bərpa etmək üzrəyəm və tezliklə istənilən səviyyəyə çatacam”.

Kabo-verdeli futbolçu Ağdam təmsilçisinin məqsədinə toxunub və azarkeşlərə səslənib:

“Hədəfimiz hər zaman olduğu kimi böyükdür. Hər kəs məqsədimizi bilir. Bunun üçün çalışırıq ki, istəyimizə çataq. Azarkeşlər həmişə bizi dəstəkləyiblər. Onları yenə arenaya gəlməyə və yanımızda olmağa çağırıram. Stadiona gəlin və hədəfimizə bir yerdə çataq”.

Xatırladaq ki, "Qarabağ" ÇL-nin II təsnifat mərhələsində Cəbəllütariq təmsilçisi "Linkoln"la qarşılaşacaq. İlk oyun iyulun 23-də, saat 20:00-da rəqib meydanında - "Europe Point" stadionunda baş tutacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC