"Burda olmaq və oynamaq karyerama müsbət mənada təsir edəcək" - "Araz-Naxçıvan"ın yeni transferi

Təlim-məşq toplanışını Ərzurumda davam etdirən “Araz-Naxçıvan” gündəlik məşqlərlə yanaşı, yoxlama oyunlarında da gücünü sınayır.

Presssport.az xəbər verir  ki, komanda ilk matçda Türkiyə Super Liqası təmsilçisi “Alanyaspor”la üz-üzə gəlib. 

Heç-heçə (1:1) başa çatan matçda mövsümlərarası fasilədə transfer edilən Benny ilk dəfə “qırmızı-ağlar”ın heyətində debüt edib. İkinci hissədə meydana daxil olan portuqaliyalı futbolçu görüşlə bağlı təəssüratlarını klubun rəsm saytına bölüşüb:

"Alanyaspor”la oyun yoxlama xarakteri daşısa da, meydanda sanki günlərlə keçdiyimiz məşqlərin hesabatını verməyə çalışdıq. İlk oyunumuz idi, çatışmazlıqların olması normaldı, amma müsbət məqamlar da vardı. Məncə, ilk addımımız pis alınmadı, ancaq vacib olan baş məşqçinin fikirlərini və istəklərini düzgün icra etməkdir. Tədricən buna nail olacağımızı vurğulaya bilərəm".

27 yaşlı portuqaliyalı yarımmüdafiəçi keçidi haqda isə bunları deyib: "Menecerim Eren bəy Azərbaycandan təklif gəldiyini bildirdi. Futbolçu həyatı elədir ki, hər zaman yeni çağırışlara hazır olmalısan. Bu baxımdan dəyərləndirək, dedim. Artıq 1 həftədir ki, “Araz-Naxçıvan”ın düşərgəsindəyəm. Çox yaxşı, intizama riayət edən bir kolektivimiz var. Hər kəs bir-birinə mehriban davranır, kömək etməyə çalışır. Təbii ki, klubun da bir hədəfi var və buna nail olmaq üçün əlimizdən gələni maksimum edəcəyik. Yeni mövsümə hazırlığımız yüksək səviyyədə davam edir. Start uğurlu olmalıdı. Bunun üçün də biz futbolçular maksimum çalışmalıyıq".

Futbolçu ölkəmiz və çempionatımız haqda müəyyən bilgilərə sahib olduğunu, bu işdə ona keçmiş komanda yoldaşları kömək etdiyini bildirib:

“Əlbəttə, ”hə" dedikdən sonra həm formasını geyinəcəyim klub, həm də liqa haqqında məlumat topladım. Bu işdə mənə ən çox vaxtı ilə bir komandada oynadığım, indi isə karyerasını ölkənizdə davam etdirən bir neçə futbolçu kömək etdi, dolğun məlumat verdilər. Burda olmaq və oynamaq karyerama müsbət mənada təsir edəcək".

Qeyd edək ki, Benny indiyə qədər Portuqaliyanın “Farmaçao”, “Oeiras”, “Belenenses”, SAD, “Benfika B”, “Çaves”, “Uniao Torreense” və Kiprin “Doxa Katokopias” klublarında çıxış edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC