Millimizin qapıçısı rəsmən "Qarabağ"da

"Qarabağ" yeni mövsüm üçün növbəti transferini reallaşdırıb.

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi qapıçı Şahruddin Məhəmmədəliyevi heyətinə cəlb edib.

Klubla 30 yaşlı qapıçı arasında 1 illik müqavilə imzalanıb. Ötən mövsümdə Türkiyənin “Adana Dəmirspor” klubunun formasını geyinən Şahruddin 2025-ci ilin yayına qədər Ağdam klubunda çıxış edəcək.

Məhəmmədəliyev 2016-24-cü illərdə "Qarabağ"ın formasını geyinib. O, 2024-cü ilin yayında “Qarabağ”dan Türkiyə klubuna transfer edilib. Şahruddin 7 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb və bütün bunlara ağdamlılarla nail olub.

Məhəmmədəliyev Azərbaycan milli komandasında 29 oyun keçirib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC