"Zirə" Avroliqayla vidalaşdı - YENİLƏNİB

Bu gün "Zirə" Avropa Liqasının I təsnifat mərhələsində cavab görüşünə çıxıb.

Presssport.az xəbər verir ki, Rəşad Sadıqovun komandası "Şerif"lə qarşılaşıb.

Mərdəkandakı matçda erkən qolla hesabı açan təmsilçimiz fasiləyə az qalmış afrikalı legioneri Salifu Sumanın aldığı yersiz qırmızı vərəqənin yekunda acısını çəkib. Belə ki, Moldova klubu 2 qol vuraraq ümumi hesabı bərabərləşdirib.

Əlavə 30 dəqiqədə də hesab dəyişmədiyindən, oyunsonrası penaltilər seriyasına ehtiyac olub. Burda son zərbəni vuran müdafiəçimiz Fuad Bayramovun zərbəsinin qeyri-dəqiq olması - tirdən qayıtması həlledici olub və bütün penaltiləri dəqiq yerinə yerirə yetirən Tiraspol klubu növbəti mərhələyə adlayıb.

Bununla da Avropa Liqasıyla vidalaşan zirəlilər avrokuboklarda mübarizəni Konfrans Liqasının II mərhələsində davam etdirəcək. Rəqib Slovakiyanın "Dak-1904" klubu olacaq. İlk matç iyulun 25-də Mərdəkanda olacaq.

Avropa Liqası
I təsnifat mərhələsi, cavab oyunu

18 iyul 

20:00. "Zirə" (Azərbaycan) - "Şerif" (Moldova) - 1:2 (penaltilərlə - 4:5)

Qollar: R.Utziq, 5, A.Allaş, 54, P. Yade, 78

Qırmızı vərəqə: S.Suma, 40 (birbaşa)

Hakimlər: Bulat Sarıyev, Denis Lobaşov, Yuri Tixonyuk, Aidın Tossibayev (Qazaxıstan)

Bakı. "Dalğa Arena" stadionu 

İlk oyun - 1:0

Zirə": 97. Tiaqo Silva, 4. Ruan Renato, 3. Ange Mutsinzi, 19. Salifu Suma, 15. Pyer Zebli, 21.Hacıağa Hacıyev, 23. Rafael Utsiq, 32. Qismət Alıyev, 6.Eldar Quliyev, 70. İssa Cibrilla, 90. Davit Volkov

Ehtiyat Oyunçular: Anar Nəzirov, Səlim Həşimov, Stefan Aka, Məqsəd İsayev, Elçin Əlicanov, Fuad Bayramov, Junior Martins, Abbas İbrahim, Rüstəm Əhmədzadə, Ceyhun Nuriyev

Baş məşqçi: Rəşad Sadıqov 

"Şerif": 16. Raşed Əl-Tumi, 8. Joao Paulo Fernandeş, 33. Mateus Lins, 50. Jokelin Behiratçe, 66. İlunqa Pata, 18. Mussa Kyabu (k), 3. Nana Kvame Boakye, 10. Sedrik Badolo, 69. Peter Ademo, 90. Papa Ndiaqa Yade, 9. Ayak Riak

Ehtiyat oyunçular: Straystari, Kaleadnik, Ouattara, Allaş, Mbekeli, Forov, Dyinari, Miya, Despotovski, Payreli, Akanbi

Baş məşqçi: Yuri Qura

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC