Karateçimiz Macarıstanda qızıl medal qazandı

Azərbaycan karateçisi Fərid Savadov Macarıstanın Mişkolts şəhərində keçirilən Avropa Universitet Oyunlarında qızıl medal qazanıb.

Presssport.az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız finalda macar Andras Laslon üzərində qələbə qazanıb. 

Heyəti Fərid Savadov, Ramil Baxşəliyev, Nicat Kərimli, Vahid Həsənov və Osman Osmanlıdan təşkil olunmuş komanda isə yarışı 2-ci pillədə başa vurub.

Onu da bildirək ki, daha əvvəl Aysu Əliyeva, Renata Ərəbli, Suada Kərimova və Fatimə Cəbrayılovadan ibarət kollektiv Azərbaycanın aktivinə bürünc medallar yazdırıb.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC