Qadın millimizin Avropa çempionatının pley-off mərhələsində rəqibi bəlli oldu

Qadın futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının pley-off mərhələlərinin püşkü atılıb.

Presssport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasimində Azərbaycan milli komandasının rəqibi müəyyənləşib.

Belə ki, millimiz I pley-off mərhələsində B Liqasının qrup mərhələsinin ən yüksək reytinqli yığmalarından biri olan Portuqaliya ilə qarşılaşacaq. 

Siyasət Əsgərovun komandası lk oyununu oktyabrın 23-də evdə, cavab görüşünü isə oktyabrın 29-da səfərdə keçirəcək.

Onu da bildirək ki, Azərbaycan - Portuqaliya cütünün qalibi II pley-off mərhələsində Belarus - Çexiya cütünün qalibi ilə üz-üzə gələcək. Bu raundun oyunları noyabrın 27-də və dekabrın 3-də olacaq. Azərbaycan - Portuqaliya cütünün qalibi ilk görüşünü evdə keçirəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC