PFL və "Misli"nin təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Gününə həsr olunmuş idman jurnalistləri arasında intellektual yarış keçirilib - qalib "Şuşa" olub

Bu gün Peşəkar Futbol Liqası (PFL) və “Misli”nin təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Gününə həsr olunmuş idman jurnalistləri arasında intellektual yarış keçirilib. 

Presssport.az xəbər verir ki, 60-a yaxın media nümayəndəsinin iştirak etdiyi turnir maraqlı və yaddaqalan alınıb. Yarışda komandalara Azərbaycan futbolunda izləri olan Qarabağ bölgəsini təmsil etmiş klubların adları verilib. Yekunda "Şuşa" komandası qalib, "Qarabağ" (Ağdam) 2-ci, "Ərgünəş" (Füzuli) 3-cü olub.
Sonda “Şuşa”ya pul mükafatı və medallar təqdim edilib. İkinci və üçüncü yerin sahiblərinə pul mükafatı, eyni zamanda yarışın xanım iştirakçılarına xüsusi hədiyyələr verilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC