"Neftçi" "Beşiktaş"ın müdafiəçisini icarəyə götürmək üçün təklif göndərib - futbolçunun cavabı...

"Neftçi" yeni mövsüm üçün müdafiə xəttini gücləndirmək üçün "Beşiktaş"ın futbolçusu Fransisco Monteronun xidmətində maraqlı olub.

Presssport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Belə ki, "ağ-qaralar" 25 yaşlı ispaniyalı mərkəz müdafiəçisini icarəyə götürmək üçün İstanbul təmsilçisinə təklif göndərib. Lakin adıçəkilən legioner "Neftçi"yə gəlmək istəməyib.

"Beşiktaş" Monteronu 2021-ci ilin sentyabr ayında "Atletiko"dan transfer edib. İspaniya U-21 millisinin sabiq üzvü ötən mövsüm icarə əsasında Portuqaliyanın "Arouka" klubunda oynayıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC