"Klubdan asılı olmayan bəzi texniki səbəblərə görə stadionun kassasından satış 22 iyuldan etibarən başlayacaq" - "Sumqayıt"dan rəsmi açıqlama

Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Sumqayıt" - "Fehervar" qarşılaşmasına bilet satışı davam edir.

Presssport.az xəbər verir ki, bu günə qədər matça 3300 bilet satılıb.

Bu barədə klubun saytı məlumat yayıb. 

25 iyul Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək matçın biletlərini iTicket.az saytından və 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzindən əldə etmək mümkündü.

Bildirilir ki, klubdan asılı olmayan bəzi texniki səbəblərə görə stadionun kassasından satış 22 iyuldan etibarən başlayacaq.

Qeyd edək ki, biletlərin qiyməti sektorlardan asılı olaraq 5, 10 və 25 manatdır.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC