Qurban Qurbanov Cəbəllütariqə yollammazdan öncə brifinq keçirəcək

“Qarabağ” Çempionlar Liqasının 2024/25 mövsümünün II təsnifat mərhələsinin hazırlığını davam etdirir.

Presssport.az verir ki, ilk oyununu səfərdə keçirəcək Azərbaycan çempionu Cəbəllütariqə yollanmazdan öncə son məşqinə sabah çıxacaq.

“Azərsun Arena”da başlayacaq hazırlıqdan öncə komandanın baş məşqçisi Qurban Qurbanovun brifinqi təşkil olunacaq. Brifinq saat 17:00-da başlayacaq. Ardınca ilk 10 dəqiqəsi KİV nümayəndələri üçün açıq olan məşq prosesi start götürəcək.

Xatırladaq ki, “Linkoln” - “Qarabağ” görüşü iyulun 23-də Bakı vaxtı ilə 20:00-da start götürəcək.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC