"Sumqayıt"ın Konfrans Liqasının II təsnifat mərhələsində “Fehervar”la oyunları “CBC Sport”la yayımlanmayacaq.

Presssport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb: "Sumqayıt" FK-nın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində həm 25 iyul saat 20:00-da keçirəcəyi ev oyunu, həm də 31 iyul saat 21:00-da keçirəcəyi səfər oyunu əvvəlcədən açıqlandığı kimi “CBC Sport” telekanalı ilə deyil, “İdman TV” ilə canlı yayımlanacaq".

Klubun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev dəyişikliyi həmin vaxt digər təmsilçimiz “Zirə”nin də Konfrans Liqasımda oyununun olmasıyla əlaqələndirib: “Əslində, "CBC Sport" yayımlayacağına söz vermişdi. Hətta demişdilər ki, digər oyunlarla üst-üstə düşsə belə, sizin oyununu prioritet götürürük. Çünki yenilənmiş Mehdi Hüseynzadə adına şəhər stadionunda ilk avrokubok matçıdı və bu, bizim üçün daha maraqlıdı. Yəni, belə bir danışığımız olmuşdu. Amma sonradan vaz keçdilər və "Zirə"ni verəsi oldular. Bu üzdən dəyişiklik olsa da, çəkilişi ”CBC Sport" həyata keçirəcək. Sadəcə, siqnalı digər idman telekanalımıza ötürəcək və nəticədə yayım "İdman TV"də reallaşacaq. Şərhçi də onlardan olacaq. Səfər matçımızda isə şərh yerindən yox, Bakıdan olacaq".

Xatırladaq ki, "Sumqayıt" - "Fehervar" qarşılaşması iyulun 25-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda saat 20:00-da keçiriləcək. Bu komandalar arasında cavab matçı isə iyulun 31-də Macarıstanda oynanılaraq Bakı vaxtilə saat 21:00-da start götürəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC