İnqilab Məmmədov Batumidə final oyunu idarə edəcək

Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov Gürcüstanın Batumi şəhərində təşkil olunan Avro Çimərlik Futbolu Liqasında (EBSL) B Divizionunun final oyununu idarə edəcək.

Presssport.az xəbər verir ki, bu gün keçiriləcək həlledici görüşdə Ukrayna və Birləşmiş Ərəb Əmirlikləri komandaları qarşılaşacaq.

Bakı vaxtı ilə saat 20:30-da başlayacaq final matçının 2-ci hakimi macarıstanlı Baqi Çaba, 3-cü hakimi gürcüstanlı Kaxa Vaşadze, 4-cü hakimi isə Azərbaycanın digər referisi Nail Nağıyev olacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC