Qurbanov avrokuboklardakı təmsilçilərimizə inanır: "Qriqorçukla Berdıyev xoş gəliblər, işimiz çox olacaq"

Çempionlar Liqasında təmsilçimiz "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov avrokuboklardakı digər klublarımızıa bağlı danışıb.

Presssport.az xəbə veri ki, o, ilk olaraq klublarımıza uğurlar arzulayıb: "Hər bir qələbə, mərhələ bizim üçün çox vacibdi. Xüsusilə də bu vaxtlarda. Ölkə və klub reytinqi, təcrübə qazanmaq, azarkeşləri stadiona cəlb etmək baxımından çox vacib məsələdi. Hər bir komandamıza inanıram, güvənirəm. İnanıram ki, həm "Sumqayıt", həm "Sabah" öz uğurlu oyunları ilə yaxşı nəticələr əldə edəcək. "Zirə"nin "Şerif"lə oyununa toxunsaq, qalibiyyət onların tərəfində idi. Amma bir anda hər şey tam əksinə dəyişdi. Halbuki, ikinci mərhələnin bir addımlığında idilər. Elə bu oyun digər klublarımıza da böyük inam verdi ki, hər bir rəqibə qarşı oynamaq olar. Hər bir klubumuzdan uğurlu nəticələr gözləyirik".

Qurbanov yeni mövsümdə tanınmış həmkarlarının olmasına da münasibət bildirib:

"Neftçi"nin Roman Qriqorçuk, "Turan Tovuz"un isə Kurban Berdıyevlə anlaşmasına münasibətim normaldı. Xoş gəliblər. Hər birinə uğurlar arzulayıram. Dəyişikliklər oldu. Həm məşqçilər, həm klublar, həm də azarkeşlər üçün faydalı olar. İşimiz çox olacaq".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC