Bahar məqsədlərinin "Sabah"ı keçmək olduğunu açıqladı: "Qarşıda bizi güclü komandaya qarşı çətin oyun gözləyir"

İsrailin “Makkabi” klubunun (Hayfa) baş məşqçisi Barak Bahar Toto Kubokunun pley-off mərhələsində “Hapoel” (Beer Şeva) üzərində qazanılan qələbəni (3:0) şərh edərkən, Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan danışıb. 

Presssport.az xəbər verir ki, Macarıstanın Kişvarda şəhərində keçiriləcək ilk matç barədə danışan israilli ilk rəsmi oyunlarının olduğunu, buna qədər ancaq təlim-məşq toplanışında oynadıqlarını vurğulayıb: "Çərşənbə günü ilk avrokubok missiyamız üçün yola düşürük. Qarşıda bizi güclü komandaya qarşı çətin oyun gözləyir. Məqsədimiz “Sabah”ı keçməkdi. Oyundan-oyuna daha yaxşı olacağımızı gözləyirəm. Əvvəllər təlim-məşq toplanışında İsrail olimpiya komandasına uduzmuşduq (1:5), eyni komanda ilə başqa görüşdə qalib gəldik (2:1). “Hapoel”lə matçda da xoş anlar yaşandı. Çox yaxşı bir hissə oynadıq və vacib qələbə qazandıq".

Xatırladaq ki, “Makkabi” – “Sabah” matçı iyulun 25-də “Varkert” stadionunda Bakı vaxtı ilə saat 21:15-də keçiriləcək.
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC