AFFA rəsmisi Konfrans Liqası matçına təyinat alıb

AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.

Presssport.az xəbər verir ki, o, Konfrans Liqasının II təsnifat mərhələsinin “Maribor” (Sloveniya) – “Universitatya" (Krayova, Rumıniya) oyununun UEFA nümayəndəsi olacaq.

Maribor şəhərində yerləşən “Lyudski” stadionundakı görüş iyulun 25-də baş tutacaq.

Onu da bildirək ki, “Maribor” – “Universitatya" (Krayova) matçını danimarkalı baş hakim Mads Kristoffersen idarə edəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC