"Qarabağ" Cəbəllütariqə yollandı - oyunöncəsi mətbuat konfransı olmayacaq

“Qarabağ”ın yeni mövsümdə mübarizəyə başladığı Çempionlar Liqasında ilk matçını keçirəcəyi Cəbəllütariqə yollanıb.

Presssport.az xəbər verir ki, Qurban Qurbanovun komandası bu səhər çarter reysilə səfərə çıxıb.

Çempionumuz son məşqini bu gün, matçın keçiriləcəyi Cəbəllütariqdəki “Europa Point Stadium”da keçirəcək. Amma oyunöncəsi mətbuat konfransları olmayacaq. Belə ki, bu mərhələdə belə bir məcburiyyət yoxdu. Bunu nəzərə alan Qurbanov səfərə getməzdən əvvəl - dünən Bakıda brifinq keçirərək, jurnalistlərin suallarını cavablandırıb. Oyundan sonra isə baş məşqçinin matç haqda fikirlərinə klubun rəsmi saytında yer veriləcək. 

"Qarabağ" sabah Bakı vaxtilə saat 20:00-da başlayacaq qarşılaşma bitəndən dərhal sonra Vətənə dönərək iyulun 24-də səhər tezdən Bakıda olacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC