“Sumqayıt” – “Fehervar” oyunu öncəsi mətbuat konfransları və açıq məşqlərin vaxtı açıqlanıb

Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sumqayıt” – “Fehervar” oyunundan öncə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil ediləcək mətbuat konfransı və açıq məşqlərin vaxtı məlum olub.

"Gənclik şəhəri" təmsilçisindən Presssport.az-a verilən məlumata görə, əvvəlcə saat 17:30-da rəqib komandanın baş məşqçisi Tamaş Peto və bir futbolçu media mənsubları önünə çıxacaq.

Saat 18:30-da “Fehervar”ın oyunöncəsi son məşqi (ilk 15 dəqiqəsi media nümayəndələrinə açıq olmaqla) keçiriləcək.

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov və kapitanı Vüqar Mustafayevin mətbuat konfransı saat 19:30-da baş tutacaq. Saat 20:00-da isə komandanın oyunöncəsi son məşqi gerçəkləşəcək.

Xatırladaq ki, "Sumqayıt" "Fehervar"la ilk matçını iyulun 25-də evdə saat 20:00-da keçirəcək.
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC