"Qarabağ"ın ÇL-nin III təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib

Bu gün Çempionlar Liqasında (ÇL) III təsnifat mərhələsinin püşkü atılıb. 

Presssport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan təmsilçisi “Qarabağ”ın da potensial rəqibi müəyyənləşib.

Belə ki, "Qarabağ" II təsnifat mərhələsində Cəbəllütariqin “Linkoln” klubunu keçərsə, növbəti mərhələdə "Lüdoqorets" (Bolqarıstan) – "Dinamo" (Minsk, Belarus) cütünün qalibi ilə üz-üzə gələcək. 

Bu halda "Qarabağ" ilk oyunu evdə, cavab matçını səfərdə keçirəcək. Bu mərhələnin matçları avqustun 6-7-də və avqustun 13-14-də keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC