"Turan Tovuz" Super Liqa klubu ilə məhsuldar heç-heçə edib

Hazırlıqlarının xaricdəki mərhələsini Türkiyədə davam etdirən "Turan Tovuz" 2-ci yoxlama oyununu keçirib.

Presssport.az əbər verir ki, Türkiyə Super Liqası təmsilçisi "Adana Dəmirspor"la qarşılaşan Qərb təmsilçisi məhsuldar heç-heçəyə razılaşıb - 3:3.

İlk qolda avtoqol qeydə alınan matçda tovuzluların digər qollarını yarımmüdafiəçi Veysəl Rzayev və braziliyalı hücumçu Aleks Souza vurub.

Xatırladaq ki, Kurban Berdıyevin komandası daha əvvəl qardaş ölkənin digər təmsilçisi "Pendikspor"la qolsuz bərabərə qalmışdı.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC