Əvvəl Rəşad Sadıqov, sonra Xisko Munyos

Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək “Zirə” - “DAK 1904” (Slovakiya) oyunundan əvvəl baş tutacaq mətbuat konfransları və media üçün açıq məşqlərin vaxtı dəqiqləşib.

Presssport.az qəsəbə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın baş məşqçisi Rəşad Sadıqov iyulun 24-də "Dalğa Arena"da saat 18:00-da jurnalistlərin suallarını cavablandıracaq.

Bakı klubunun media üçün açıq məşqi isə "Qarabağ Arena"da saat 19:00-da başlayacaq.

Slovakiya təmsilçisinin baş məşqçisi Xisko Munyosun mətbuat konfransı iyulun 24-də, saat 19:00-da "Dalğa Arena"da gerçəkləşəcək. Komandanın media üçün açıq məşqi isə 20:00-a planlaşdırılıb.

Hər iki komandanın məşq prosesinin yalnız ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq olacaq.

Xatırladaq ki, komandalar arasında ilk matç iyulun 25-də “Dalğa Arena”da saat 20:00-da baş tutacaq. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC