Ramon Maçado 3-cü Azərbaycan klubunda - RƏSMİ

“Araz-Naxçıvan” heyətini braziliyalı futbolçu ilə gücləndirib.

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ramon Maçado ilə 1 illik müqavilə imzalanıb.

Braziliyalı hücumçu bugündən komandanın məşqlərində iştirak edir. 33 yaşlı futbolçu “Araz-Naxçıvan” klubuna Malaziya təmsilçisi “Sabah”dan gəlib. 

Misli Premyer Liqası təcrübəli braziliyalı üçün yad deyil. Belə ki, o, müxtəlif illərdə “Neftçi” və “Qəbələ”nin heyətində yer alıb. Ümumilikdə isə Maçado “Brasil Pelotas”, “Santo Andre”, “Parana”, “İtuana”, “Vila Nova”, “Lajeadense”, “Santa Kruz”, “Esportivo”, “Boa Esporte” və “Ponte Preta” klublarında da çıxış edib.

Xatırladaq ki, “Araz-Naxçıvan” yay transfer dövründə Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə, Ülvi İsgəndərli, Ömər Buludov, Benny, Felipe Santos, Turan Vəlizadə və Karlos Jatobanı heyətinə qatıb, Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Vüsal Şabanov, Tuqay Əlizadə, Ramin Nəsirli və Miço Kuzmanoviçlə müqaviləni yeniləyib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC