"Neftçi" Almaniya Bundesliqasında oynamış futbolçunu transfer edir

Yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirən "Neftçi" heyətini Almaniya Bundesliqasında çıxış etmiş Robert Bauerlə gücləndirir.

Presssport.az xəbər verir ki, "ağ-qaralar" Almaniyanın "Verder" klubunun sabiq üzvü ilə anlaşır.

Müdafiə və yarımmüdafiədə çıxış etməyi bacaran 29 yaşlı almaniyalı oyunçunun transferi yaxın günlərdə açıqlanacaq.

Futbolçu karyerasına 2014-cü ildə ölkəsinin "Karlsrue" kollektivində başlayan R.Bauer ilk peşəkar müqaviləsini "İnqolştadt" (Almaniya) klubu ilə bağlayıb. Burada 48 matç keçirən futbolçu daha sonra yüksək məbləğ qarşılığında "Verder" klubuna transfer olunub. Sərgilədiyi futbolla adından söz etdirməyi bacaran Bauer 3 il "ağ-yaşıllar"ın şərəfini qoruyub. O, ümumilikdə Almaniya Bundesliqasında 89 matçda forma geyinib. Sonuncu klubu Səudiyyə Ərəbistanının "Əl-Tai" kollektivi olub.

R.Bauer Almaniyanın gənclərdən ibarət millisində də çıxış edib.

Qeyd edək ki, qarşıdakı günlərdə "Neftçi"yə başqa yeni futbolçuların transferi gözlənilir (report.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC