İranlı futbolçu rəsmən "Turan Tovuz"da

"Turan Tovuz" iranlı futbolçu transfer edib.

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Araş Qadiri ilə 2+1 illik müqavilə bağlanıb.

26 yaşlı müdafiəçi sonuncu dəfə Vətənində “Traktorsazi”də oynayıb. O, daha əvvəl İranda “Aliminium” və “Peykan"da da çıxış edib. Bu yerdə bildirək ki, “Turan Tovuz”un yeni baş məşqçisi 2022-ci ildə İranda işləyərək Təbriz “Traktor”u çalışdırıb.

Xatırladaq ki, Tovuzlular bu yay Tural Bayramlı, İvan Konovalov, Sergey Samok, Kristian da Silva və Veysəl Rzayevi də heyətinə cəlb edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC