“Neftçi”nin yüksək hədəflərə çatması üçün Robert Bauerin çox köməyi dəyəcək" - Qriqorçuk

“Neftçi”nin yüksək hədəflərə çatması üçün Robert Bauerin çox köməyi dəyəcək”.

Presssport.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk Robert Bauerin transfer olunmasına münasibət bildirərkən deyib.

Klubun mətbuat xidmətinə açıqlama verən təcrübəli ukraynalı mütəxəssis almaniyalı futbolçunun keçidinə görə sevindiyini deyib:

"Çox şadam ki, heyətimizi Robert Bauerlə gücləndirdik. O, göstəricilərinə və keyfiyyətinə görə oyun üslubumuza uyğun gəlir. İnanıram ki, “Neftçi”nin yüksək hədəflərə çatması üçün Bauerin çox köməyi dəyəcək”.

Xatırladaq ki, Almaniyanın "Verder" klubunun sabiq futbolçusu olan 29 yaşlı Bauer "Neftçi" ikə 3 illik müqavilə bağlayıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC