"Ludoqorets"ə Bolqarıstanda 7 qol vuracağımızı gözləmirdim, buna sürpriz də deyə bilmərəm" - Benzia

Yassin Benzia “Qarabağ” – “Ludoqorets” matçının ən yaxşılarından idi. 2 qol vuran təcrübəli yarımmüdafiəçi aktivinə 1 assist yazdırmaqla 7:2 hesablı qələbədə böyük rol oynadı.

Benzia Bakıya qayıdan-qayıtmaz Heydər Əliyev Beynəlxalq Aeroportunda müsahibə verib. Presssport.az həmin müsahibəni təqdim edir.

- Yorğunluqla xoşbəxtliyin ikisini eyni anda daşıyırsan deyəsən.

- Elədir (gülür). Bolqarıstana qələbə dalınca getmişdik, Əlhəmdülillah, bunu bacardıq. Yorğunluq keçib gedəcək, xoşbəxtlik isə qalacaq.

- “Ludoqorets”in qapısından 7 top keçirəcəyinizi təsəvvür edə bilərdin?

- Qələbə qazanacağımıza inanırdım. Açığı, 7 qol vuracağımızı gözləmirdim. Buna sürpriz də deyə bilmərəm. Çünki çəkdiyimiz əziyyətin, sərgilədiyimizin oyunun bəhrəsini gördük. Əlavə olunmuş 30 dəqiqədə fiziki baxımdan daha hazırlıqlı olmağımız yekun nəticədə özünü göstərdi.

- Parlaq qələbənin sirrini deyə bilərsən?

- İlk oyunda lazımsız səhvlər etmişdik. Həmin matça baxdıq, baş məşqçimiz bizə lazım olan tapşırıqları verdi. Başlıca səbəb kimi rəqibinin oyununu yaxşı təhlil etməyimizlə əlaqələndirərdim. Digər səbəb gücümüzə inanmağımız və meydanda bütün gücümüzü qoymağımız idi.

- Rəqib hesabda önə keçəndə, ilk hissədə ilk futbolçunuz zədəyə görə məcburi əvəzlənəndə nə düşünürdün?

- “Qarabağ” 11 nəfərdən ibarət deyil. Ehtiyat oyunçular skamyasında yer alan futbolçuların hər biri böyük keyfiyyətə malikdir. Ona görə də daha yaxşısını edə biləcəyimizə inanırdım. “Qarabağ” 11 yox, 20-25 futbolçudan qurulub. Sabah mən olmasam, başqa bir futbolçu məni layiqincə əvəz edəcək (sportinfo.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC