AFFA prezidenti "Zirə"ni təbrik etdi

AFFA prezidenti Rövşən Nəcəf “Zirə” klubunu təbrik edib.

Presssport.az xəbər verir ki, qurumun rəhbəri bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Zirə" futbol klubunu tarixində ilk dəfə UEFA Konfrans Liqasının pley-off mərhələsinə yüksəlməsi münasibətilə ürəkdən təbrik edir, təmsilçimizə qarşıdakı oyunlarda yeni qələbələr diləyirəm. Əzmkar mübarizəyə baxmayaraq, turnirlə vidalaşan "Sabah" klubuna isə gələcək oyunlarda uğurlar arzu edirəm".

Xatırladaq ki, "Zirə" III təsnifat mərhələsində Xorvatiyanın "Osiyek" klubunu penaltilər seriyasında məğlub edərəl Konfrans Liqasının pley-offuna yüksəlib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC