Qaxda Respublika Şahmat Olimpiadası keçirilib

Qax Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşkilatçılığı ilə keçirilən 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadası başa çatıb.

Presssport.az AŞF-in mətbuat xidmətinə istinadən xəbər verir ki, müxtəlif yaş kateqoriyalarında Renat Məmmədrzayev, Xədicəxanım Dadaşzadə, Cavad Abbassoy, Xanımzər Hümbətli, Əlisəfa Zeynallı, Nuray Məmmədli, Elçin Şəkərəliyev, Ayan Əliyeva, Yusif Abasov, Nihal Heydərli 1-ci yeri tutub.

Komanda nəticələrinə əsasən, 3 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbi həm A, həm də B qrupu üzrə birincilik qazanıb.

Onu da bildirək ki, yarışda Azərbaycanın 26 şəhər və rayonundan ümumilikdə 482 yeniyetmə iştirak edib. Bağlanış mərasimində qaliblərə diplom, kubok və mükafatlar təqdim olunub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC