"Zirə" üçün Frişer

"Omoniya" və “Zirə” arasında Kiprdə keçiriləcək Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununun təyinatları bəlli olub.

Presssport.az xəbər verir ki, UEFA Nikosiyadakı qarşılaşmanı Estoniyadan olan hakimlər briqadasına tapşırıb.

Belə ki, baş hakim Yuri Frişer olacaq və ona yan xətdə Veyko Motsniklə Sander Saqa kömək göstərəcək. Dördüncü hakim funksiyasını Kristo Küllyastinen yerinə yetirəcək. 

VAR-da Kristo Tohver, AVAR-da Yonas Yanovits əyləşəcək.

Xatırladaq ki, avqustun 22-də GSP stadionunda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Bir həftə sonra baş tutacaq cavab qarşılaşmasının start fiti isə 20:00-da səslənəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC