Bəhlul Mustafazadə "Dinamo"nu keçmələrini real sayır: "Bura kimi gəlmişiksə, ÇL-in qrupuna düşməyimiz niyə də olmasın?!"

“Ludoqorets”lə ilk oyundan sonra qlobal dəyişiklər olmadı. Sadəcə, yenə daha səbrli olduq və əlimizdə düşən şanslardan istifadə etdik. Hesabda öndə olduğumuzda rəqib daha açıq futbol oynamağa çalışdı. Bu da daha çox qol vurmağımıza gətirib çıxardı".

Bu fikirləri Presssport.az-a açıqlamasında Çempionlar Liqasında (ÇL) təmsilçimiz olan "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə deyib.

Millimizin üzvü olan müdafiəçi Avropanın ən nüfuzlu klub turnirində pley-offa yüksəlmələrinə imkan Bolqarıstanın "Ludoqorets" klubuna səfərdə 7:2 hesabıyla qalib gəldikləri matçda çətin anlara da toxunub. Belə ki, çempionumuz erkən qolla hesabı açsa da, tez bir zamanda qapısında 2 top görərək hesabda geri düşüb. Özü də biri penaltidən olub ki, onda xorvatiyalı qapıçımız Fabian Buntiç kobud səhvə yol verib: "Açığı, penalti epizodunu görməmişəm. Həmin epizod olan yerdə idim və mübarizəni davam etdirirdim. Daha diqqətli olmalıyıq müdafiədə, belə qollar buraxmamalıydıq. Fikirləşirəm ki, bundan nəticə çıxaracağıq və gələn oyunlarda daha diqqətli olacağıq". 

Bəhlul ÇL-in pley-off mərhələsində görüşəcəkləri Zaqreb “Dinamo”suna keçmələrini mümkün sayır: “Əllbəttə, bu, realdı. Bura kimi gəlmişiksə., niyə də olmasın?! Hədəfimiz ilk başlayanda qrupa düşmək idi. ”Dinamo"yla qarşıdakı dueldə maksimum çalışacağıq ki, bunu reallaşdıra bilək".

Xatırladaq ki, "Qarabağ" zaqreblilərlə ilk matçı avqustun 20-də səfərdə keçirəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC