Qırtımov Tsxadadzeylə arasında yaranan soyuqluğa görə "Qəbələ"dən gedib: "Ondan narazılığım oynamağımla bağlı deyildi, başqa şeylər vardı"

Yeni mövsümdə Premyer Liqadan düşməyə əsas namizədlərdən sayılan, hələ ki son pillədə gedən, xalı olmayan tək komanda "Kəpəz" yay fasiləsində heyətinə təcrübəli futbolçu qatdı. Bu, 34 yaşlı İlkin Qırtımovdu. O, Presssport.az-a müsahibəsində təkcə yeni klubundan yox, əvvəlki komandasıyla bağlı da danışıb, maraqlı məqamlaar toxunub.   

  • - Aydın məsələdi ki,  son turda “Qarabağ”la çətin bir oyununuz oldu. Böyük hesabla uduzsanız da, fasiəyədək qol buraxmadınız. Bəs, fasilədən sonra nə oldu ki, qapınızda 3 top gördünüz?
  • - Məncə, ilk hissədən sonra bizdə bir az arxayınlıq oldu ki, belə davam eləsək, hesabı qoruyub saxlaya bilərik. Amma bir az da artırmalıydıq əslində. Sadəcə, “Qarabağ” elə bir komandadı ki, boşluqları keçmir. İlk hissədə bəlkə qapıçılarımız da yaxşı oynadı, müdafiədə də bir az daha kompakt oynadıq. Rəqibin imkanları olsa da, qapımızı toxunulmaz saxlaya bildik. Lakin fasilədən sonra müdafiədə bir az boşluqlar verdik ki, güclü rəqib də bundan yararlandı. 
  • - Gənc qapıçınız zədəli əsas qolkiperinizi əvəzlədi və Premyer Liqada debütündə heç də pis təsir bağışlamadı…
  • - Razıyam. Məmməd Hüseynov məşqlərdə də özünü yaxşı göstərir. Yaxşı qapıçıdı və "Qarabağ"la matçda Premyer Liqada ilk oyunu olduğunu siz demişkən, heç hiss etdirmədi. Çox yaxşı oynadı.
  • - İlk 2 tur - məğlubiyyətlər və hələ qol da vurmamısınız. "Kəpəz"lə bağlı real durumu nəzərə alsaq, belə uğursuz start gözlənilən idi?
  • - Qol vurmamaq doğrudan da yaxşı hal deyil. Qol vurmalıyıq ki, ən azından xal qazana bilək. Ən azından qol epizodlarına çox girə bilmirik. Bunları bir az düzəltməliyik. İnşalah, bunu gələn oyunlarda yoluna qoyarıq.
  • - Topi irəli çıxarırdın və bir neçə dəfə əcnəbi komanda yoldaşlarına irad bildirdin ki, irəlidə topdan “yapışın”. Səncə, onların keyfiyyətləri aşağıdı deyə bunu bacarmırlar, yoxsa bunu yeni kollektivə uyunlaşmaya bağlayaq?
  • - Onlar da bizim çempionata öyrəşməyə çalışır. İnşallah, inaıram ki, buna nail olarlar. Ən azından biz müdafiəçilər də istəyirik ki, heç olmasa 3-4 saniyə qabaqda top saxlasınlar. Nəticədə biz də arxadan qabağa çıxaq. İnşallah, gələn oyunlarda bu da yoluna düşər, özlərini yaxşı tərəfdən göstərərlər. Baş məşqçimiz də hamımıza iradlarını bildirir. 
  • - Uzun illərdi milli çempionatımızda çıxış edirsən və sənin üçün yeni dayanacaq. Gəncəyə, "Kəpəz"ə necə uyğunlaşırsan? Bəlkə klubsuz qaldığına görə məcburiyyətdən bura gəldin və hətta karyeranı bitirmək haqda düşünürdün?
  • - Belə götürəndə, klubsuz qalmamışdım. Açığı, bitirmək bir az ağlımdan keçirdi. Bölgə komandalarda oynamaq mənim üçün çətin olmur. Çünki karyeramda çox vaxtda əyalətdə oynamışam. Belə bir futbol şəhərində oynamaq məsuliyyətli işdi. 
  • - Özü də Gəncə kimi yer, tələbkar azarkeşlər…
  • - İnşallah, biz də onların üzünü ağ çıxararıq.
  • - Başqa hansı varinatların vardı?
  • - Düzü, çox deyidi. Amma hardasa oturub danışmaq olardı. Sadəcə, özüm artıq istəmirdim oynayım. 
  • - Və birdən Adil Şükürovdan zəng gəldi ki, mənə lazımsan…
  • - Sağ olsun Adil müəllim mənə göstərdiyi etimada görə. Oturub danışdıq, mənə inandı, güvəndi. İnşallah, onun da ümidlərini boşa çıxarmaram. 
  • - Artıq xeyli vaxtdı müdafiənin mərkəzində oynayrsan və belaruslu kaputanınzı Yeqor Xvalkoya həm meydanda, həm də ondan kənarda necə anlaşırsan?
  • - Çox yaxşıdı. O, rus dillidi və bir-birimizi anlayırıq. Oyunlarda hələ qələbə qazana bilməsək də, ikimiz danışa-danışa bir-brimizlə yaxşı anlaşırıq, sığortlayarıq. Mənə onunla tandem rahat olur.
  • - Karyeranı doğma, futbola başladığın Zaqatalada bitirməyi düşünürsən? I Liqada da olsa belə - belə bir arzun var?
  • - Belə ola bilərdi. Orda da bitirə blərəm. Hələ ki gücüm var Premyer Liqada oynamağa və nə qədər karyeram gedər, çıxış edərəm.
  • - Son klubun "Qəbələ" I Liqaya düşdü. Ordan hansı hisslərlə ayrıldın?
  • - Heç kim istəməz ki, karyerasında belə bir şey olsun. Ordan çıxanda çox ağır ab-hava oldu. Heç istəmirdim ki, gedim. Sadəcə, bəzi şərtlər var ki, belə addım atmalı oldum.
  • - Bu maddiyyatla bağlı idi?
  • - Yox. Bəzi şeylər var. Baş məşqçi Kaxaber Tsxadadzeylə bir az soyuqluq oldu aramızda. Halbuki, indiyədək işldiyim məşqçilərdən heç birylə belə bir şey olmayıb. Həyatdı, olur. Yenə də ayrılanda bir-birimizi başa düşdük. Kişi kimi görüşdük, sağollaşdıq, qucaqlaşdıq. Sadəcə, elə şeylər var ki…
  • - O, səni oynatmırdı və buna görə narazılığını oyunlarda emosinal hərəkətlərinlə bildirmişdin…
  • - Narazılıq başqa şeyə görə idi. Bu, oynayıb-oynamağımla bağlı deyildi. Başqa bir səbəblər idi ki, o haqda danışmaq istəmirəm. Oynamıram deyə heç vaxt baş məşqçiylə konfliktə olmaram. Oynamıramsa, zəifəm deməli. Heç bir baş məşqçi özünə pislik eləməz. 
  • - Tsxadadze, köməkçisi Georgi Çixradze ki, hansılarla bunadək də işləmişdin. Birdən nə oldu ki?
  • - Bu gürcü məşqçilərlə münasibətim yaxşıdı. Qardaş kimi görüşürük-öpüşürük. Sadəcə, bir anlıq bir şey idi, o oldu. Buna görə aramızda bir az soyuqluq yarandı. Yenə deyirəm ki, axırıncı oyundan sonra görüşdük. 
  • - “Qəbələ” Premyer Liqaya qayıtsa, sən də ora dönmək istərdin?
  • - İnşalllah, qismət. Təki qayıtsın!. Mən olsam da, olmasam da, əsas odur ki, Premyer Liqaya dönsün.   

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC