"Dinamo" "Qarabağ"la matçlar üçün 22 futbolçu sifariş etdi - 11-i legioner, 6-sı hücumçu

"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində rəqibi olan Xorvatiyanın “Dinamo” klubu iştirak ərizəsini UEFA-ya təqdim edib.

Presssport.a xəbər verir ki, ölkə çempionunun əsas siyahısında 22 oyunçu yer alıb.

Onlardan 3-ü qapıçı, 7-si müdafiəçi, 6-sı yarımmüdafiəçi, 6-sı isə hücumçudu. Heyətin yarısnının - 11 futbolçunun legioner olduğunu da vurğulayaq.

Qapıçılar: 1. Daniel Zaqorats, 21. İvan Filipoviç, 33. İvan Nevistiç.

Müdafiəçilər: 3. Takuya Oqivara (Yaponiya), 4. Raul Torrente (İspaniya), 6. Maksim Bernauer (Fransa), 13. Semi Mmae (Belçika), 18. Ronael Pyer-Qabriel (Fransa), 22. Stefan Ristovski (Şimali Makedoniya), 28. Kevin Teofil-Katrin (Fransa)

Yarımmüdafiəçilər: 5. Ariyan Ademi (Şimali Makedoniya), 7. Luka Stoykoviç, 8. Lukas Kaçavenda, 25. Petar Suçiç (Bosniya və Herseqovina), 27. Yosip Mişiç, 30. Marko Roq

Hücumçular: 9. Bruno Petkoviç, 11. Arber Hodja (Albaniya), 17. Sandro Kulenoviç, 19. Xuan Xose Kordoba Zapata (Kolumbiya), 20. Marko Pyatsa, 77. Dario Şpikiç

Xatırladaq ki, "Qarabağ" "Dinamo" ilə ilk matçını avqustun 20-də Zaqrebdə, cavab görüşünü isə 28-də Bakıda keçirəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC