"Kəpəz" Qərb derbisinə itkilərlə çıxacaq

"Kəpəz" Misli Premyer Liqasının III turunun "Turan Tovuz"la matçına itkilərlə çıxacaq.

Pressport.az xəbər verir ki, Gəncə təmsilçisinin 2 futbolçusu zədəlidi.

Belə ki, məşq prosesində zədələnən yarımmüdafiəçilər Tural Rzayev ilə Redon Mihana Qərb derbisində forma geyinə bilməyəcək. Bu futbolçuların müalicə prosesi davam edir.

Bundan əlavə, Elmir Tağıyev cəzalı durumdadı.

Xatırladaq ki, "Kəpəz" - "Turan Tovuz" qarşılaşması bu gün saat 18:15-də start götürəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC